image-5405642backend

Hayfa yaxınlığında partlayış: ölən və yaralananlar var

Hayfa şəhəri yaxınlığında baş verən avtomobil partlayışı nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Hayfa yaxınlığında yerləşən Kiryat Yam şəhərində qeydə alınıb. Partlayış nəticəsində İsrail sakinləri arasında tələfat olub.

Yerlı xəstəxana rəsmiləri partlayış zamanı bir israillinin həyatını itirdiyini, digər iki nəfərin isə ağır xəsarət aldığını və vəziyyətlərinin kritik olaraq qaldığını təsdiqləyiblər.

Səlahiyyətli qurumlar partlayışın səbəbi və xarakteri barədə hələlik əlavə məlumat yaymayıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki