image-1366x768_cmsv2_53c7e96a-d22c-5789-b5af-58e3c660dfbb-9638528-1backend

Gözəllik salonunda dəhşət – Qadınları kameraya çəkib…

Bolqarıstanda prokurorluq gözəllik salonlarında qadınların gizli kameralarla çəkilərək görüntülərinin pornoqrafik saytlarda paylaşılması ilə bağlı genişmiqyaslı istintaqa başlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, istintaqa görə, yüzlərlə qadın lazer epilyasiyası və digər məxfi kosmetik prosedurlar zamanı xəbərləri və razılıqları olmadan videoya alınıb.

Burqas şəhərində bu işlə bağlı 100-dən çox şikayət qeydə alınıb. Prokurorluqdan verilən məlumata görə, qalmaqal Burqasda ən azı iki, Kazanlıqda isə bir gözəllik salonunu əhatə edir, digər şəhərlərdəki salonlar da araşdırılır.

Qurbanlar arasında 15–17 yaşlı yetkinlik yaşına çatmayan qızların da olduğu bildirilir.

Orxan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki