image-img_7151backend

Generalı güllələyən şəxslə bağlı “FSB” MƏLUMAT YAYDI

Rusiyada qadağan olunmuş və terrorçu–ekstremist təşkilat kimi tanınan FBK-nın (ekstremist və terrorçu təşkilat ) tərəfdarı Viktor Vasin 6 fevralda Moskvada Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak edib. Bu barədə FSB məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, FSB-nin açıqlamasına görə, Vasin terrorçuluq motivli cinayətdə iştirak edib, FBK*-nı fəal şəkildə dəstəkləyib, etiraz aksiyalarında olub və sosial şəbəkələrdə ekstremist məzmun paylaşıb.

Hadisə Volokolamsk şossesində yerləşən yaşayış binası yaxınlığında baş verib. Naməlum şəxs general-leytenanta bir neçə dəfə atəş açaraq qaçıb. Alekseyev xəstəxanaya yerləşdirilib.

Viktor Vasin sonradan BƏƏ-də saxlanılıb və Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilib. Faktla bağlı istintaq davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki