image-untitled-1backend

Fuad Qəhrəmanlı Milli Məclisi ələ keçirilmə planını ETİRAF EDİB

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Qəhrəmanlı Milli Məclisi ələ keçirəcəyi haqqında danışıb.

Bununla bağlı DTX-dən məlumat verilib.

Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki