image-1764002983backend

Estoniyada Rusiyanın konteyner gəmisi saxlanılıb

Estoniya rusiyalı dənizçiləri daşıyan konteyner gəmisini saxlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Estoniya Vergi və Gömrük Şurasının İstintaq Departamenti Ekvadordan Sankt-Peterburqa gedən, Baham adaları bayrağı altında üzən “Baltic Spirit” konteyner gəmisini Nayssaar adası yaxınlığında saxlayıb. Gəminin qaçaqmalçılıq məqsədilə istifadə edildiyi ehtimal olunur.

Əməliyyat xüsusi polis bölməsi və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə həyata keçirilib. Gəmidə gömrük yoxlaması aparılıb, ekipaj isə müqavimət göstərməyib.

Qeyd edək ki, daha əvvəl Britaniya Hərbi Dəniz Qüvvələrinin Rusiya gəmisi “Sineqorsk”u təhlükə hesab edərək öz ərazi sularından çıxardığı bildirilmişdi.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki