image-azznoauowqe08cbgohk1p2jscidloacsawanandb-1backend

Ermənistan və ABŞ nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə dair birgə bəyanat imzalayıblar

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti J.D. Vens Amerika Birləşmiş Ştatları ilə Ermənistan Respublikası arasında sülhməramlı nüvə əməkdaşlığı haqqında saziş üzrə danışıqların başa çatması ilə bağlı Birgə Bəyanat imzalayıblar.

İNFOAZ.MEDİA xəbər verir ki, imzalanma mərasimindən əvvəl Paşinyan və Vens arasında təkbətək görüş keçirilib.

Baş nazirin sözlərinə görə, bu saziş Ermənistan və ABŞ arasında dərinləşən enerji tərəfdaşlığında yeni bir fəsil açacaq və təhlükəsiz və innovativ texnologiyaların tətbiqi yolu ilə Ermənistanın enerji ehtiyatlarının şaxələndirilməsinə töhfə verəcək.

Paşinyan həmçinin ABŞ-ın Ermənistana nüvə təhlükəsizliyi sahəsində uzun müddətdir verdiyi dəstəyə görə minnətdarlığını bildirib və qarşılıqlı əhəmiyyətli sahələrdə sektoral əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki