Ərdoğanbackend

Ərdoğan: Türkiyə ABŞ-İran münasibətlərinin yaxşılaşdırılması üçün bütün səylərini göstərir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ABŞ və İran arasında münasibətlərin yaxşılaşdırılması üçün fəal şəkildə çalışır.

İNFOAZ.MEDİA xəbər verir ki, “ABŞ və İran arasındakı gərginliyi azaltmaq və bölgədə yeni münaqişələrin qarşısını almaq üçün bütün səylərimizi göstəririk. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu açıq şəkildə bildirmişik”, – Ərdoğan qeyd edib.

O bildirib ki, hər iki tərəf sülh yolu ilə həll tapmaq istəyir və buna görə danışıqlar prosesi davam edir. Ərdoğanın sözlərinə görə, aşağı səviyyəli görüşlərdə irəliləyiş əldə edildikdən sonra ölkə liderləri arasında görüş təşkil olunmalıdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki