Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinə qarşı sərt tənqidi açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, hazırkı idarəetmə altında İsrail “əsas xammalı qan və göz yaşı olan, yalnız qeyri-sabitlik və xaos istehsal edən bir ixtilaf fabrikinə” çevrilib.
Ərdoğan həmçinin qeyd edib ki, bölgəyə “qan qoxusu almış köpəkbalığı kimi hücum edənlər” gec-tez tökdükləri qanlara görə cavab verəcək və “məzlumların ah-naləsi” ədalətin bərpasına səbəb olacaq.
Jalə
























