İranda etiraz aksiyalarının yatırılmasından sonra da həyata keçirilən repressiyalar nəticəsində Ərdəbil əyalətində daha 100 nəfər həbs edilib.
Bu barədə İran televizyası məlumat yayıb.
Məlumata görə, ərdəbillilər SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onların dövlət və ümumi əmlaka ziyan vurduqları və təxribat törətdikləri iddia olunub.
























