İranın xarici işlər naziri Abbas Arağçı cümə günü Türkiyəyə səfər edib.
İNFOAZ.MEDİA xəbər verir ki, səfər çərçivəsində o, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Yaxın Şərqdə baş verən son hadisələri, bölgədə artan siyasi və təhlükəsizlik çağırışlarını müzakirə edərək dialoq və əməkdaşlığın vacibliyini vurğulayıblar.
Həmçinin Ankara ilə Tehran arasında əlaqələrin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Rauf
























