Amerikalı sahibkar İlon Maskın yaratdığı SpaceX şirkəti Tesla və ya xAI ilə birləşmə imkanlarını nəzərdən keçirir. Hazırda müxtəlif variantlar müzakirə olunur, lakin hər hansı yekun qərar qəbul edilməyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Maskın əsas planı SpaceX-i Tesla ilə birləşdirərək iri texnoloji konqlomerat yaratmaqdır. Bəzi investorlar bu ideyanı dəstəkləyir.
Qeyd olunur ki, mümkün sövdələşmə infrastruktur fondlarının və Yaxın Şərqdən olan investorların marağına səbəb ola bilər. Bu investorlar Marsın terraformalaşdırılması da daxil olmaqla, iddialı layihələrin maliyyələşdirilməsində iştirak edə bilərlər.
Hazırda SpaceX-in Tesla və ya xAI ilə birləşməsi, yaxud bu planlardan tamamilə imtina edilməsi ilə bağlı yekun qərar açıq olaraq qalır.
Jalə
























