image-623361341_1318595486980092_6509392500170049678_nbackend

Elmə məlum olmayan 100-ə yaxın heyvan növü aşkarlandı

Çində 500 milyon ildən çox əvvəl yaşamış və indiyədək elmə məlum olmayan təxminən 100 heyvan növü aşkar edilib.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, bu barədə Hunan əyalətində yerləşən unikal fosil sahəsini araşdıran tədqiqatçılar açıqlama veriblər.

Alimlər sözügedən ərazidən 50 mindən çox fosil nümunəsi toplayıblar. Aparılan araşdırmalar nəticəsində 150-dən artıq qədim orqanizm növü müəyyən edilib ki, onlardan 91-i elm üçün tamamilə yeni hesab olunur. Tapıntıların əksəriyyətində yumşaq toxumalar — o cümlədən daxili strukturlar — qorunub saxlanılıb ki, bu da olduqca nadir haldır.

Tədqiqat rəhbərlərindən biri bildirib:

“Bir çox fosillərdə qəlsəmələr, bağırsaqlar, gözlər və hətta sinir sistemi kimi yumşaq toxumaların izləri aydın şəkildə müşahidə olunur”.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki