Səudiyyə Ərəbistanının Əl Ərəbiyyə telekanalı ABŞ və İran arasında mümkün anlaşma memorandumu üzrə iddia edilən əsas müddəaları yayıb.
İddia olunan bəndlərə görə:
— Bütün cəbhələrdə, o cümlədən Livan istiqamətində döyüşlərin dərhal və daimi dayandırılması.
— ABŞ-ın İrana qarşı dəniz blokadasını dərhal ləğv etməsi və əlavə “müdaxilələrin” olmaması.
— Yekun razılaşmadan sonra ABŞ qüvvələrinin bir ay ərzində regiondan çıxarılması.
— İranın bir ay ərzində Hörmüz boğazı üzərində blokadanı aradan qaldırması.
— ABŞ və regional tərəfdaşların ən azı 300 milyard dollarlıq İranın yenidən qurulması planını dəstəkləməsi.
— Yekun razılaşma həyata keçirilərsə, ABŞ-ın bütün mövcud sanksiyaları, o cümlədən BMT və MAQATE ilə bağlı məhdudiyyətləri aradan qaldırması.
— İranın nüvə silahı yaratmamaq öhdəliyi götürməsi; zənginləşdirilmiş uran məsələsinin yekun razılaşmada həll olunması, həmin vaxta qədər isə ABŞ-ın İranın mövcud nüvə proqramı statusunu saxlaması.
— ABŞ-ın İran neft ixracına (bankçılıq, sığorta və daşımalar daxil) icazə verməsi və dondurulmuş İran vəsaitlərini açması.
Rauf
























