image-5771824305502096797backend

Döyüş gəmiləri nüvə enerjisi ilə işləyəcək

ABŞ Hərbi Dəniz Qüvvələri “Tramp-class” döyüş gəmilərinin nüvə enerjisi ilə işləyəcəyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu qərar donanmanın döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırsa da, layihənin ümumi xərclərinin də kəskin yüksəlməsinə səbəb olacaq. Planlaşdırmaya əsasən, 2028–2055-ci illər arasında 15 yeni gəminin inşası nəzərdə tutulur.

Hər bir gəminin təxmini dəyərinin 17 milyard dollar olacağı bildirilir ki, bu rəqəm bəzi hallarda “Ford-class” təyyarədaşıyıcılarından belə daha yüksəkdir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki