image-donbas_-2015-2022backend

Donbasda demilitarizasiya zonası ideyası müzakirə olunur

Ukrayna və Rusiya nümayəndələri Donbasda heç bir tərəfin hərbi nəzarət etməyəcəyi demilitarizasiya zonasının yaradılması imkanını müzakirə ediblər.

İNFOAZ.MEDİA-nın məlumatına görə, bu təşəbbüs Donald Trump administrasiyasının 28 bəndlik “sülh planı”nda yer alan təklifin yenidən gündəmə qaytarılmasıdır.

ABŞ-ın Kiyevdəki keçmiş səfiri William B. Taylor Jr. hesab edir ki, belə zona müharibənin həllinə töhfə verə bilər. Lakin o vurğulayıb ki, qərar balanslı olmalı və Ukraynanın maraqları qorunmalıdır. Onun fikrincə, birtərəfli və məcburi razılaşma uzunömürlü olmayacaq.

Tərəflər mümkün ərazidə azad ticarət zonasının yaradılmasını da nəzərdən keçiriblər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki