image-wr-960-4backend

Dəhşətli təyyarə qəzası: Tanınmış siyasətçi həlak oldu

Hindistanda tanınmış siyasətçi Ajit Pavarın təyyarə qəzasında həlak olduğu bildirilir. Maharaştra ştatının Baramati hava limanına eniş zamanı özəl təyyarə qəzaya uğrayıb və göyərtədə olanların hamısı ölüb.

İNFOAZ.MEDİA xəbər verir ki, Learjet 45 tipli təyyarə Mumbaydan uçuş həyata keçirirdi. Təyyarədə Ajit Pavar, iki pilot və iki təhlükəsizlik əməkdaşı olub.

Hadisə yerinə dərhal xilasetmə və təcili yardım xidmətləri cəlb olunub. Yerli media güclü yanğın və ciddi dağıntıları əks etdirən görüntülər yayımlayıb. Qəzanın səbəbi hazırda araşdırılır.

Məlumata görə, Baş nazir Narendra Modi və digər yüksək vəzifəli şəxslər hadisə ilə bağlı məlumatlandırılıb, mərhumun ailə üzvləri isə Baramatiyə yola düşüblər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki