image-1x-1-2backend

Dario Amodei: “AI düzgün istifadə olunarsa, hərbi qərarların qarşısını ala bilər”

Anthropic şirkətinin baş direktoru Dario Amodei süni intellektin təhlükəsizlik və kəşfiyyat sahəsində istifadəsi ilə bağlı açıqlama verib.

INFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, AI-nin düzgün şəkildə tətbiqi müharibə məqsədlərindən çox, kəşfiyyat və məlumat toplama sahəsində mühüm rol oynaya bilər.

Amodei-nin sözlərinə görə, belə texnologiyalar potensial hərbi hərəkətlərin əvvəlcədən proqnozlaşdırılmasına imkan verə bilər:
“Əgər biz Tayvana mümkün bir hücumu və ya Ukraynada yeni hərəkətləri əvvəlcədən görə bilsək, rəqiblər hərbi əməliyyatlara başlamazdan əvvəl iki dəfə düşünəcəklər.”

O əlavə edib ki, bu cür sistemlər beynəlxalq təhlükəsizlik balansına təsir göstərə bilər və qərarvermə proseslərini dəyişə bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki