image-iran-absbackend

Danışıqlar üzrə heç bir yekun razılıq əldə edilməyib

İran ABŞ-la mümkün razılaşma ilə bağlı yekun qərarın hələ verilmədiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, İran rəsmilərinin bildirdiyinə görə, potensial ABŞ–İran razılaşması hazırda ölkədaxili qiymətləndirmə mərhələsindədir və sənəd üzrə bütün detalların təsdiqlənməsindən sonra yekun qərar qəbul ediləcək.

Razılaşmanın nə vaxt və harada imzalanacağı ilə bağlı yayılan məlumatlar hazırda yalnız media fərziyyələridir və rəsmi təsdiqini tapmayıb.

Eyni zamanda vurğulanıb ki, danışıqlar üzrə müəyyən irəliləyiş olsa da, heç bir yekun razılıq əldə edilməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki