ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Vaşinqtonun İranla bağlı mümkün razılaşmasına tənqidi münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Bolton deyib ki, sözügedən razılaşmanı ABŞ üçün uğurlu hesab etmir:
“Düşünürəm ki, bu, ABŞ üçün çox pis razılaşmadır.”
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp razılaşmanın geostrateji nəticələrindən daha çox iqtisadi amillərə fokuslanır:
“Tramp bu razılaşmanın geostrateji nəticələri barədə düşünmür. O, bir şey istəyir — boğaz açıq qalsın, Körfəz nefti beynəlxalq bazarlara çıxsın. Benzinin qiyməti aşağı düşsün. Onun maraqlandığı budur.”
Bolton əlavə edib ki, razılaşmanın detalları ictimaiyyətə açıqlanmayıb və bunu da suallar doğuran məqam kimi qiymətləndirib:
“Biz bu razılaşmada nələrin olduğunu bilmirik. Əgər bu, həqiqətən yaxşı razılaşma olsaydı, artıq ictimaiyyətə təqdim edilərdi. Bu da sizə bilməli olduğunuz çox şeyi deyir.”
Jalə
























