image-mirbackend

Çin Şərqi Asiyada dominant güc olmaq istəyəcək – Con Mirşaymer 

Amerikalı siyasi nəzəriyyəçi Con Mirşaymer Çinlə bağlı çıxışında Pekinin gələcək strategiyası barədə fikirlərini bölüşüb.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, Çin Şərqi Asiyada ABŞ-ın Qərb yarımkürəsində malik olduğu dominant mövqeyə bənzər bir üstünlük əldə etməyə çalışacaq.

Mirşaymerin sözlərinə görə, Çin üçün regionda hegemonluq iddiası məntiqsiz deyil və Pekin bunu istəməsə “səhv etmiş olar”.

O həmçinin Çin tarixinə istinad edərək qeyd edib ki, ölkə zəif olduğu dövrdə “Milli alçaldılma əsri” adlanan ağır bir dövr yaşayıb və bu yaddaş Pekinin strateji davranışına təsir edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki