Çin ABŞ-ni New START müqaviləsinin müddəti bitdikdən sonra Rusiya ilə strateji sabitlik üzrə danışıqları bərpa etməyə çağırıb. ÇXİN sözçüsü Lin Tszyan bildirib ki, Vaşinqton və Moskva nüvə risklərinin idarəsi və “post–New START” dövrü üçün dialoqa başlamalıdır.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp isə mövcud müqavilənin uzadılması əvəzinə, Çinin də daxil olacağı daha geniş və müasir silahlara nəzarət sazişinin hazırlanmasını dəstəkləyir. ABŞ rəsmiləri yeni müqavilənin daha çox nüvə silahı kateqoriyasını və əlavə ölkələri əhatə etməsini istəyir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, tərəflər “post–New START” dövründə strateji silahlara nəzarət üzrə danışıqlara tezliklə başlamağın vacibliyini anlayırlar. Qeyd edək ki, New START fevralın 5-də qüvvədən düşüb.
Rauf
























