vensbackend

Cey Di Vens: Avropa ABŞ texnologiyalarından asılıdır

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropa ölkələrinin “SpaceX” şirkəti və ABŞ texnologiyalarından asılılığı barədə danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Vens Avropa ölkələrini “SpaceX”ə qarşı tənzimləmə və lisenziyalaşdırma mübarizəsi aparmaqda ittiham edib.

“Avropa ölkələri demək olar ki, yekdilliklə “SpaceX”ə qarşı tənzimləmə və lisenziyalaşdırma müharibəsi aparmaq qərarına gəliblər. İndi isə hamısı “SpaceX”ə müraciət edərək deyirlər: “Xahiş edirik, ehtiyacımız olanı edin”.

Düşünürəm ki, bu, prezidentin illərdir vurğuladığı məsələlərdən birini bir daha göstərir. Avropa ölkələri Amerika texnologiyalarından, şirkətlərindən və ordusundan asılıdırlar. Bununla yanaşı, Avropanın siyasi liderləri özlərinin bu qədər ehtiyac duyduqları ABŞ-ı tənqid etməyi sevirlər”, – deyə Vens bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki