Cənubi Kipr, Yunanıstan, İsrail və ABŞ enerji sahəsində yeni əməkdaşlıq mərhələsinə keçib.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər Hyustonda Şərqi Aralıq Dənizi Enerji Mərkəzinin fəaliyyətə başladığını elan edib və ilin sonunadək birgə enerji əməkdaşlığı üzrə yol xəritəsinin hazırlanması barədə razılığa gəlib.
Qərar 3+1 Enerji Dialoqu çərçivəsində qəbul olunub.
Məlumata görə, təşəbbüs enerji təhlükəsizliyi, dənizdə qaz ehtiyatlarının işlənməsi, enerji infrastrukturu, innovasiya və elmi-tədqiqat istiqamətlərini əhatə edəcək.
Layihənin əsas məqsədlərindən biri region ölkələri arasında enerji əməkdaşlığını gücləndirmək və Şərqi Aralıq dənizində strateji enerji layihələrinin inkişafına dəstək verməkdir.
Jalə
























