image-1775106291_1755323881_1678258014_zelzelebackend

Bu ölkədə 7.4 bal gücündə zəlzələ oldu

İndoneziyanın Ternate bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.

İNFOAZ.MEDİA-nın məlumatına görə, United States Geological Survey (ABŞ Geoloji Xidməti) bildirib ki, zəlzələnin episentri Malukka dənizində yerləşib və ocaq təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən dərhal sonra Malukka adaları və ətraf ərazilər üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Bildirilir ki, mümkün sunami dalğaları İndoneziya, Filippin və Malayziya sahillərinə təsir göstərə bilər.

İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib, bir sıra tikililər isə ciddi zərər görüb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki