İranda yeni ali lider Müctəba Xamenei adına yayılan yazılı açıqlamada İnqilab Keşikçilərinin kəşfiyyat rəisinin öldürülməsi ilə bağlı başsağlığı verilib.
İNFOAZ.MEDİA xəbər verir ki, sosial media paylaşımında o, general-mayor Məcid Xademinin “canını fəda edərək döyüşçülər sırasına qoşulduğunu” bildirib. Xamenei vurğulayıb ki, bu cür hücumlar İran qüvvələrini geri çəkilməyə məcbur etməyəcək.
Qeyd edək ki, Müctəba Xamenei ötən ay atasının yerinə ali lider təyin olunsa da, indiyədək ictimaiyyət qarşısında görünməyib və açıq çıxış etməyib.
Rauf
























