Rusiya ilə İran arasında hərbi-kəşfiyyat əməkdaşlığı ilə bağlı diqqətçəkən iddialar ortaya çıxıb.
İNFOAZ.MEDİA Jerusalem Post-a istinadən xəbər verir ki, Rusiya İran tərəfinə İsrailin enerji infrastrukturuna aid əsas hədəflərin siyahısını təqdim edib. Bu siyahıya 50-dən çox strateji obyektin daxil olduğu və onların əhəmiyyətinə görə kateqoriyalara bölündüyü bildirilir.
İddialara əsasən, bu məlumatlar İranın İsrailə qarşı daha dəqiq raket zərbələri planlaşdırmasına imkan verə bilər. Analizlər göstərir ki, belə hücumlar enerji sisteminə ciddi zərbə vuraraq genişmiqyaslı elektrik kəsintilərinə səbəb ola bilər.
Rauf
























