İranın ali lideri Müctəba Xamenei ilə bağlı yeni iddialar yayılıb.
İNFOAZ.MEDİA-nın məlumatına görə, The Times yazır ki, ABŞ və İsrail kəşfiyyatına aid olduğu iddia edilən məxfi sənəddə Xameneinin huşsuz vəziyyətdə olduğu və Qum şəhərində müalicə aldığı qeyd olunur.
İddiaya əsasən, o, hazırda ölkəni idarə edə bilmir və Tehranın cənubundakı dini mərkəzlərdən birində saxlanılır. Məlumatın regiondakı ərəb müttəfiqlərlə də paylaşıldığı bildirilir.
Rəsmi Tehran isə hələlik bu xəbərlərə münasibət bildirməyib.
Jalə
























