Böyük Britaniyanın baş naziri Kir Starmer Reper Kanye Uest -in “Wireless” festivalında əsas çıxışçı kimi dəvət olunmasını tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Starmer bildirib ki, Kanye Uest-in bu tədbirə dəvət edilməsi düzgün qərar olmayıb və belə halların qarşısı alınmalıdır.
O vurğulayıb ki, hökumət yəhudi icması ilə həmrəydir və antisemitizmlə mübarizədə qətiyyətli mövqe nümayiş etdirməyə davam edəcək:
“Biz antisemitizmin zəhərinə qarşı mübarizəni dayandırmayacağıq və onu məğlub etmək üçün bütün addımları atacağıq”.
Jalə
























