İranın Şiraz şəhəri yaxınlığında Çin istehsalı olduğu bildirilən “Wing Loong II” tipli pilotsuz uçuş aparatının vurulduğu iddia edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu tip dronlar əsasən ABŞ tərəfindən deyil, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Körfəz ölkələri tərəfindən istifadə olunur. Hadisə təsdiqlənərsə, bu, Körfəz ölkəsinə məxsus pilotsuz aparatın İran hava məkanında fəaliyyət göstərdiyini göstərə bilər ki, bu da bölgədə gərginliyin artması baxımından ciddi eskalasiya kimi qiymətləndirilir.
Hadisə ilə bağlı rəsmi tərəflərdən hələlik açıqlama verilməyib. Mənbə kimi OSINTtechnical göstərilir.
Rauf
























