İran ABŞ-ın münaqişəni dayandırmaqla bağlı təklifinə Pakistan vasitəsilə 10 maddədən ibarət cavab təqdim edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tehran müvəqqəti atəşkəs variantını qəbul etmədiyini bildirib. İran tərəfi hesab edir ki, sadəcə atəşkəs kifayət deyil və yalnız uzunmüddətli, davamlı razılaşma qəbul oluna bilər.
Məlumata əsasən, İranın əsas tələbləri bunlardır:
Regionda bütün hərbi əməliyyatların dayandırılması
İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi
Müharibədən zərər görmüş ərazilərin bərpası üçün dəstək
Hörmüz boğazı üzrə təhlükəsiz tranzit qaydalarının təmin edilməsi
İranın bu mövqeyi ABŞ-ın təklif etdiyi qısa müddətli atəşkəs planı ilə ziddiyyət təşkil edir və tərəflər arasında razılaşmanın hələlik uzaq olduğunu göstərir.
Hazırda vasitəçilik səylərinin davam etdiyi bildirilir, lakin tərəflər arasında əsas məsələlər üzrə ciddi fikir ayrılıqları qalmaqdadır.
Rauf
























