image-whatsapp_image_2026_04_07_at_231424_1775589296backend

6 saylı cəzaçəkmə müəssisəsində yanğın – General hadisə yərinə getdi

Xəbər verdiyimiz kimi, bu gün saat 17:10 radələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisədən sonra Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov, Ədliyyə nazirliyinin və Penitensiar xidmətin yüksək vəzifəli şəxsləri yanğın baş verən cəzaçəkmə müəssisəsinə gəliblər. Onlar yanğın baş verən əraziyə baxış keçiriblər. Xidmət rəisi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində tapşırıqlar verib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki