image-husilerbackend

Husilər ABŞ-la atəşkəsə hazırdır – şərtlər açıqlandı

Yəməndə fəaliyyət göstərən husilər ABŞ-la atəşkəsə riayət etməyə hazır olduqlarını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, CNN-in məlumatına görə, husi rəsmisi Məhəmməd Əli Əl-Huti bildirib ki, Vaşinqton hücumları dayandırdığı müddətdə onlar da atəşkəsə əməl edəcəklər.

Onun sözlərinə görə:

Husilər münaqişə genişlənmədiyi təqdirdə Qırmızı dənizdə gəmiçiliyi və ABŞ obyektlərini hədəf almayacaq

Digər müsəlman ölkələrə qarşı hücum planlaşdırılmır, yalnız təxribat olarsa cavab veriləcək

Bununla belə, husilər gərginliyin artacağı halda ciddi addımlar ata biləcəklərini vurğulayıb. Xüsusilə, Bab əl-Məndəb boğazının bağlana biləcəyi barədə xəbərdarlıq edilib.

Həmçinin qeyd olunub ki, Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki limanları yalnız bu ölkə münaqişəyə cəlb olunmadığı halda hədəf alınmayacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki