Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsəri regionda artan gərginliklə bağlı xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, vəziyyət nəzarətsiz davam edərsə, qarşısını almaq mümkün olmayan bir mərhələyə çatacaq və tərəflər hazırda həmin nöqtəyə çox yaxındır.
Əl-Ənsəri vurğulayıb ki, bu cür eskalasiya nəticəsində qalib tərəf olmayacaq, əksinə bütün tərəflər üçün itkilər artacaq.
Qeyd olunur ki, Qətər rəsmisi tərəfləri gərginliyi azaltmağa və diplomatik həll yollarına üstünlük verməyə çağırıb.
Rauf
























