ABŞ və İsrail İranda dəmir yolu körpülərinə və Xarq adasına zərbələr endirib.
Bu bardə IRNA məlumat yayıb.
Məlumata görə, Təbriz–Zəncan magistral yolundakı körpü hədəfə alınıb, Qaraçəmən–Miyanə yolu isə hər iki istiqamətdə bağlanıb. Bildirilib ki, İsfahan vilayətinin Kaşan şəhəri yaxınlığındakı Yəhyabad dəmir yolu körpüsünə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb.
İsrail Müdafiə Qüvvələri isə açıqlamasında ölkənin müxtəlif bölgələrində İranın infrastruktur obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirildiyini bildirib.
Bununla yanaşı, “Mehr” agentliyinin məlumatına görə, İranın neft ixracının əsas hissəsinin həyata keçirildiyi Xarq adasında da bir neçə partlayış baş verib. Zərbələrin nəticələri və hədəflər barədə hələlik ətraflı məlumat verilməyib.
























