image-5954147221995458385backend

Hörmüz boğazında “görünməyən tanker axını”

Qlobal neft bazarları Hörmüz boğazı ətrafında baş verənləri düzgün qiymətləndirməyə bilər. Səbəb isə tanker hərəkətinin əhəmiyyətli hissəsinin izləmə sistemlərindən gizlədilməsidir.

İNFOAZ.MEDİA xəbər verir ki, Citrini Research analitiki bölgəyə qeyri-adi şəraitdə səfər edib. O, 15 min dollar nağd pul, gizli çəkiliş üçün avadanlıqlar və digər vasitələrlə Oman üzərindən əraziyə daxil olub. Analitik İran sahillərindən təxminən 18 mil məsafədə yerləşən qayıqdan müşahidələr aparıb, eyni zamanda ərazidə dronların uçduğu qeyd edilib.

Əsas nəticələr:

Tankerlərin təxminən 50%-i izləmə sistemlərində görünmür

Bir çox gəmi ya siqnallarını söndürür, ya da saxta məlumat ötürür

İranın “kölgə donanması” neft daşınmasını davam etdirir

Münaqişə dövründə 3 milyard dollardan çox xam neft daşınıb və bunun böyük hissəsi Asiya istiqamətinə yönəlib

Hesabatda bildirilir ki, bu cür gizli daşımalar bazarlarda təklifin real səviyyəsinin olduğundan aşağı qiymətləndirilməsinə səbəb ola bilər. Bu isə neft qiymətlərinin formalaşmasına və qlobal enerji balansına birbaşa təsir göstərir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki