image-trampbackend

Trampla NATO arasında YENİ GƏRGİNLİK

ABŞ prezidenti Donald Tramp NATO və Qrenlandiya məsələsi ilə bağlı növbəti sərt açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, mübahisələrin əsas səbəbi Qrenlandiya məsələsidir:

“Hamısı Qrenlandiyadan başladı. Biz Qrenlandiyanı istəyirik, onlar isə vermək istəmirlər və mən dedim: ‘Sağ olun, sağlıqla qalın!’”

Qeyd edək ki, son dövrlərdə Vaşinqtonun NATO müttəfiqləri ilə münasibətləri gərginləşib. Buna səbəb kimi ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək istəyi və alyans daxilində fikir ayrılıqları göstərilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki