İranın İsrailə qarşı raket hücumlarının effektivliyində artım qeydə alınıb.
İNFOAZ.MEDİA xəbər verir ki, münaqişənin ilk iki həftəsində İranın raketlərinin hədəfi vurma göstəricisi təxminən 3% olduğu halda, sonrakı dövrdə bu rəqəm 27%-ə yüksəlib.
Bu barədə JP Morgan tərəfindən yayılan analizdə bildirilib ki, İran raketlərinin dəqiqliyində və ya müdafiə sistemlərinin təsirində dəyişikliklər bu artıma səbəb ola bilər.
Qeyd olunur ki, göstəricilərdəki bu ciddi yüksəliş regionda gərginliyin və hərbi dinamikanın dəyişdiyini göstərir.
Rauf

























