Bu hava limanında məhdudiyyətlər tətbiq olundubackend

Bu hava limanında müvəqqəti məhdudiyyət tətbiq edildi

Rosaviasiya təhlükəsizlik səbəbi ilə Nijni Novqorod şəhərindəki hava limanında təyyarələrin giriş və çıxışına müvəqqəti məhdudiyyət tətbiq edib.

İNFOAZ.MEDİA xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, Nijni Novqorod hava limanında təyyarələrin enişi və uçuşu müvəqqəti olaraq dayandırılıb. Bildirilib ki, bu tədbirlər uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilir.

Adətən belə məhdudiyyətlər qısa müddətli olur. Qadağa qüvvədə olduğu müddətdə heç bir təyyarə hava limanına eniş edə və ya oradan havaya qalxa bilməz. Bu cür qərarlar əsasən əlverişsiz hava şəraiti və ya pilotsuz uçuş aparatları (PUA) ilə bağlı mümkün təhlükə riski səbəbindən qəbul edilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki