Böyük Britaniyanın müdafiə naziri Con Heli bildirib ki, Ukraynada yerləşən Britaniya hərbi qulluqçularının sayı artırılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, London rəsmi şəkildə öz əsgərlərinin Ukraynada mövcudluğunu təsdiqləyərək, onların Kiyevin maraqları naminə fəaliyyət göstərdiklərini vurğulayıb. Bildirilib ki, Britaniya hərbçiləri Ukraynadakı səfirliyin təhlükəsizliyini təmin edir, müdafiə sahəsində dəstək göstərir və müəyyən hərbi fəaliyyətlərdə iştirak edirlər.
Con Helinin sözlərinə görə, Ukraynada səfirliyə və ölkənin müdafiə işlərinə kömək edən bir neçə Britaniya hərbi qulluqçumuz var. Bu vəziyyət səfirliyin müdafiə bölməsinin 2022-ci ilin aprelində yenidən açılmasından bəri davam edir. 2024-cü ilin iyulunda keçirilən seçkilərdən sonra bu say artıb. Ukraynanın xahişi ilə ona göstərdiyimiz dəstəyi genişləndirməyə davam edirik.
Qeyd olunur ki, münaqişə başa çatdıqdan sonra Böyük Britaniya Ukraynaya hərbi kontingent yerləşdirmək niyyətində olan ölkələr sırasındadır. Rusiya isə bu təşəbbüsə qəti şəkildə qarşı çıxır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, xarici hərbi qüvvələrin Ukraynada hansı məqsədlə yerləşdiriləcəyi aydın deyil və bu səbəbdən onların mövcudluğu arzuolunan hesab edilmir.
Rauf
























