image-260616-eduardo-bolsonaro-ew-650p-4e60e7backend

Braziliyada keçmiş prezidentin oğluna həbs cəzası verildi

Braziliya Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun oğlu Eduardo Bolsonaro barədə hökm çıxarıb.

İNFOAZ.MEDİA xəbər verir ki, məhkəmənin qərarına əsasən, Eduardo Bolsonaro 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İddialara görə, o, ABŞ rəsmilərinə lobbiçilik edərək Braziliya hakimiyyətinə təzyiq göstərməyə və atası ilə bağlı hüquqi proseslərə müdaxilə etməyə çalışıb.

Xatırladaq ki, daha əvvəl Jair Bolsonaro dövlət çevrilişinə cəhd işi üzrə 27 il həbs cəzasına məhkum edilmişdi.

Eduardo Bolsonaronun vəkilləri isə hökmə etiraz edərək bildirib ki, məhkumluq üçün kifayət qədər sübut təqdim olunmayıb.

Eduardo Bolsonaro 2025-ci ildən etibarən ABŞ-ın Texas ştatında yaşayır və hazırda qardaşı Flavio Bolsonaronun Braziliyada keçiriləcək növbəti prezident seçkiləri öncəsi kampaniyasında iştirak edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki