susuzluq aclıqbackend

BMT: Dünya “qlobal su iflası dövrünə” qədəm qoyur

BMT Universitetinin hesabatı 2026-cı il 2–4 dekabr tarixlərində BƏƏ-də keçiriləcək BMT Su Konfransına hazırlıq çərçivəsində, 26–27 yanvarda Seneqalın Dakar şəhərində baş tutacaq yüksək səviyyəli görüş ərəfəsində dərc olunub.

İNFOAZ.MEDİA bildirir ki, hesabatda Yaxın Şərq və Şimali Afrika bölgəsində vəziyyət kritikdir: su qıtlığı, iqlim şokları, kənd təsərrüfatında aşağı məhsuldarlıq və qum fırtınaları problemi daha da dərinləşdirir.

Eyni zamanda, Cənubi Asiyanın bəzi bölgələrində yeraltı suların həddindən artıq istismarı və sürətli şəhərləşmə yeraltı su səviyyəsinin azalmasına və torpaq çökmələrinə səbəb olur.

ABŞ-ın cənub-qərbində Kolorado çayı isə iqlim dəyişikliyi və uzunmüddətli quraqlıqlar fonunda su böhranının simvoluna çevrilib.

Rauf


 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki