Rusiya Prezidenti Vladimir Putinlə Suriya lideri Əhməd əl-Şaraa arasında aparılan danışıqlar zamanı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası məsələsi müzakirə edilməyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Kremlin sözçüsü müvafiq suala cavab olaraq, “Xeyr, bu məsələ müzakirə olunmayıb”, – deyə qeyd edib.
Xatırladaq ki, Rusiya və Suriya prezidentləri arasında danışıqlar Kremldə baş tutub. Görüş zamanı Əhməd əl-Şaraa Suriyada vəziyyətin sabitləşdirilməsi prosesində Moskvanın roluna görə Vladimir Putinə təşəkkür edib və Rusiyanın bu istiqamətdə mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsəd barəsində həbs qərarı çıxarıb. O, 2011-ci ildə Dəra əyalətində etirazların yatırılması zamanı törədildiyi iddia edilən cinayətlərlə bağlı ittiham olunur.
Rauf
























