Ermənistan Azərbaycan üzərindən qaz və bitum daşınmasına çıxış əldə edəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mayeləşdirilmiş təbii qaz və bitumun Azərbaycan Dəmir Yolları vasitəsilə daşınması barədə razılıq əldə olunub.
Nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib:
“Ermənistan və Azərbaycan arasında maye qaz və bitumun dəmir yolu ilə Azərbaycan ərazisindən nəqli ilə bağlı razılaşma var”.
Papoyan qeyd edib ki, artıq erməni sahibkarlar bu nəqliyyat marşrutundan istifadə etmək imkanına malikdirlər.
Rauf
























