image-pr-brussels-conference-2022backend

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum – Media və Yayım Şurası yaradılacaq.

İNFOAZ.MEDİA report-a istinadla xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara dəyişiklik təklif edilir.

Qanun layihəsi parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunub.

Sənədə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.

Bu baxımdan, qanun layihəsində vahid qurumun – Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

“Media haqqında” Qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq. Bu xüsusda, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələrində də dəyişikliklər edilməsini nəzərdə tutur.

Bütövlükdə, təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki