Avstraliyanın Qızıl Sahil bölgəsi yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində ölən olmayıb.
İNFOAZ.WS-in məlumatına görə, təyyarədə iki nəfərin olduğu bildirilir. Onlar müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Hazırda sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Hadisənin səbəbləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırmaları davam etdirir.
Rauf
























