Avstraliya, ABŞ və Böyük Britaniya ilə AUKUS tərəfdaşlığı çərçivəsində nüvə sualtı qayıqlarının təchizatı üçün Osbornda gəmiqayırma zavoduna ilkin olaraq 3,9 milyard Avstraliya dolları ayıracaq.
İNFOAZ.MEDİA xəbər verir ki, proqram 2027-ci ildən Virciniya sinifli sualtı qayıqlarının yerləşdirilməsini, 2030-cu ildən isə bir neçə belə qayığın satışını və yeni nəsil AUKUS sualtı qayıqlarının birgə hazırlanmasını nəzərdə tutur.
Layihənin ümumi dəyəri gələcək onilliklərdə 30 milyard Avstraliya dollarına çata bilər.
Zavod həmçinin mövcud Collins sinifli qayıqlarda texniki xidmət göstərəcək.
Rauf
























