QAAZbackend

Avropada qazın qiyməti rekord həddə çatdı

Avropada qazın qiyməti 2025-ci ilin martından bəri ilk dəfə min kubmetr üçün 500 dolları keçib. London ICE birjasında Niderlandın TTF indeksi üzrə fevral fyuçersləri 4 faiz artaraq 505 dollar (41,8 avro/MVt·saat) səviyyəsinə yüksəlib.

İNFOAZ.MEDİA xəbər verir ki, qiymət artımına şaxtalı hava və yeraltı qaz anbarlarında ehtiyatların azalması səbəb olub. Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatına görə, yanvarın 18-nə Avropada YQS-lərin doluluğu 49,8 faiz təşkil edib.

Bu qış mövsümündə Avropa 33,8 milyard kubmetr qaz istifadə edib ki, bu da anbarlara vurulan ehtiyatların 67,5 faizinə bərabərdir.

Jalə
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki