ABŞ və Avropa İttifaqıbackend

Avropada ABŞ-a etimad kəskin azalıb – Sorğu

15 Avropa ölkəsində aparılan yeni sorğu ABŞ-a olan etimadın ciddi şəkildə azaldığını göstərib.

İNFOAZ.MEDİA xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin yalnız 11 faizi Amerikanı Avropa ilə eyni dəyərləri və maraqları bölüşən müttəfiq kimi görür.

Həmçinin bütün ölkələrdə əksəriyyət ABŞ-ın hücum halında onları müdafiə edib-etməyəcəyinə şübhə ilə yanaşır.

Bununla yanaşı, bir çox avropalı ABŞ-da Donald Trampdan sonrakı dövrdə münasibətlərin yaxşılaşacağını gözləsə də, getdikcə daha çox insan Avropanın müdafiə və siyasətdə daha müstəqil olmasının tərəfdarıdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki