Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) Prezident Ofisinin keçmiş rəhbəri Andriy Yermaka qarşı rəsmi ittiham irəli sürüb.
İNFOAZ.MEDİA xəbər verir ki, 2025-ci ilin noyabrında vəzifəsindən ayrılan Yermak böyük həcmdə çirkli pulların yuyulması işi üzrə şübhəli şəxs elan edilib.
İstintaqın məlumatına görə, o, Kiyev yaxınlığındakı elit daşınmaz əmlak layihələri vasitəsilə təxminən 10,5–11 milyon dolların leqallaşdırılması ilə məşğul olan mütəşəkkil cinayət qrupunun üzvü olmaqda ittiham olunur.
İddialar Prezident Volodimir Zelenskinin hakimiyyəti dövründə aparılan ən böyük korrupsiya araşdırması hesab olunan “Operation Midas” işi ilə əlaqələndirilir.
İş üzrə ümumilikdə “Energoatom” şirkətində 100 milyon dollardan çox qanunsuz ödəniş və korrupsiya sxemlərinin araşdırıldığı bildirilir. Daha əvvəl bu işdə adı hallanan iş adamı Timur Mindichin İsrailə qaçdığı qeyd olunur.
Andriy Yermak isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Rauf
























