image-merzbackend

Almaniya kansleri Merz: “FCAS qırıcı layihəsi şirkətlərin razılığa gələ bilməməsi səbəbindən dayandırılıb”

Almaniya kansleri Fridrix Merts Fransa prezidenti Emmanuel Makron ilə birlikdə Avropa qırıcı təyyarə layihəsi olan FCAS (Future Combat Air System) barədə açıqlama verib.

INFOAZ.MEDİA xəbər verir ki, Merts bildirib ki, Almaniya və Fransa uzun müddət layihədə iştirak edən şirkətləri ortaq razılığa gətirməyə çalışsalar da, bu səylər nəticə verməyib:

“Makron və mən Alman-Fransız qırıcı təyyarəsi məsələsini özümüz üçün asan etmədik. Aylar ərzində şirkətləri razılığa gətirmək üçün bir neçə dəfə cəhd etdik.”

O qeyd edib ki, aparılan vasitəçilik prosesindən sonra tərəflər layihənin indiki formada davam etdirilə bilməyəcəyi qənaətinə gəliblər:

“Nəticədə belə bir ortaq qiymətləndirməyə gəldik ki, şirkətlər birgə qırıcı təyyarənin istehsalı üzrə ortaq nöqtə tapa bilmədilər. Biz bu reallığı qəbul edirik.”

Merts əlavə edib ki, Almaniya və Fransa ötən cümə günü layihənin bu formatda davam etdirilməməsi barədə razılığa gəliblər.

Bununla belə, kansler vurğulayıb ki, bu qərar yeni imkanlar yaradır və FCAS layihəsinin əsas hissəsi “Sistemlər sistemi” formatında Avropa müdafiə sənayesi çərçivəsində davam etdiriləcək.

O bildirib ki, müdafiə nazirləri iyulda Almaniyada keçiriləcək hökumətlərarası görüşə qədər yeni icra planı hazırlayacaqlar.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki